"Rabitəbank"ın rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub

"Rabitəbank"ın rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub Aprelin 22-dən Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin iştirakı ilə ABŞ-nin paytaxtı Vaşinqtona ilk işgüzar səfər baş
Maliyyə
29 Aprel , 2024 13:32
Rabitəbankın rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub

Aprelin 22-dən Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı, "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin iştirakı ilə ABŞ-nin paytaxtı Vaşinqtona ilk işgüzar səfər baş tutub.

Səfərin I günündə ABŞ Dövlət Departamenti və ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Avrasiyadakı geosiyasi dəyişikliklər fonunda ABŞ-nin maliyyə siyasəti” mövzusunda brifinq təşkil edib.

Növbəti hissədəki görüş "Amerika Banklar Assosiasiyası"nın (Assosiasiya) Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə olub. Bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədilə təşkil olunan səfərdə Assosiasiya “Amerika bankları ilə müxbir bank əlaqələrinin qurulması: sadədən ən yaxşı təcrübələrə qədər” mövzusunda, bank sektorundakı qlobal trendlər, süni intellektin maliyyə sahəsindəki rolu, risklərin idarə edilməsi, komplayns və s. mövzularda müzakirələr aparıb, suallar cavablandırıb, belə görüşlərin davamlı olmasının əhəmiyyəti və birgə maarifləndirici tədbirlərin keçirilməsinin önəmi vuğulanıb.

"Rabitəbank" 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi